Linkoln Türkiyə millisində oynaya bilməz!
01.01.2009 - 14:20
Linkoln Türkiyə millisində oynaya bilməz!
Türkiyə yığmasında oynamaq istədiyini açıqlayan braziliyalı Kassio Linkolnun arzusu 5 ildən sonra reallaşa bilər. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın hücumçusu Türkiyə Futbol Federasiyası və FİFA-nın qərarlarına əsasən, 2014-cü ilədək türk vətəndaşı ala bilməz. Belə ki, hər hansı əcnəbinin 5 il Türkiyədə fasiləsiz futbol oynamasından sonra “ay-ulduzlu” komandaya çağırılması mümkündür.
Qeyd edək ki, bir müddət əvvəl “Fənərbaxça”nın şərəfini qoruyan Deyvid Souza da Türk vətəndaşlığını qəbul edərək, milli komandada oynamaq istədiyini bildirmişdi. Amma klub rəsmiləri FİFA-nın mövcud qaydaları və yerli statusları əsas gətirərək, bundan imtina etmişdilər.
0