Milan Baroş: UEFA kuboku niyə də bizim olmasın?
01.01.2009 - 17:51
Milan Baroş: UEFA kuboku niyə də bizim olmasın?
“UEFA kubokunu qazana bilərik. Amma etiraf edək ki, bu, çox çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray” klubunun futbolçusu Milan Baroş deyib.

Çexiyalı hücumçu Türkiyə mətbuatına verdiyi müsahibədə komandasının cari mövsüm qitə miqyaslı turnirdə şansını dəyərləndirib: “Kubok niyə də bizim olmasın? “Qalatasaray” yerli və əcnəbi oyunçuların bir araya gəldiyi yaxşı komandadır. Söhbət heç də 10-11 əsas futbolçudan getmir. Bizim hər oyunda meydanda görə bilmədiyimiz, ehtiyatda oturan 20-dək yaxşı əvəzləyicimiz var. Düzdür, UEFA kubokunu qazanmaq çox çətin olsa da, mümkünsüz deyil. Amma indidən komandamızın kuboka sahib çıxmaq şansının nə olacağını söyləmək doğru olmaz. Bunu zaman göstərəcək. Bununla belə, ehtimalımız var”.
0