Məşhur türkiyəli məşqçi Azərbaycandan dəvət alıb
01.01.2009 - 22:09
Məşhur türkiyəli məşqçi Azərbaycandan dəvət alıb
“Əskişəhərspor” klubunun baş məşqçisi Rza Çalımbay Azərbaycandan dəvət alıb. Apasport.az saytının məlumatına görə, tanınmış çalışdırıcı bu barədə Türkiyə Futbol Federasiyasının aylıq “Tam Sahə” nəşrinə verdiyi müsahibəsində deyib.

“Mənimlə Azərbaycan və Koreya klubları maraqlanırdı. Amma “Əskişəhrspor” rəhbərliyinə söz verdim” – deyə Çalımbay bildirib.

Təcrübəli məşqçi, həmçinin vurğulayıb ki, Avropada çalışmaq arzusundadır: “Bu mənim əsas məqsədimdir. Nə vaxtsa xarici klublardan birində çalışacağam. Bunun üçün ingilis dilini öyrənməli və özümü buna hazırlamalıyam”.
0