Mahmud Qurbanov məşqçilik kurslarına qatılacaq
02.01.2009 - 17:51
Mahmud Qurbanov məşqçilik kurslarına qatılacaq
Milli komandamızın sabiq yarımmüdafiəçisi Mahmud Qurbanov ikinci dövrədə də “İnter” klubunda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, yaxın günlərdə komandanın bolqarıstanlı prezidenti Georgi Nikolovla görüşəcək veteran futbolçu müqaviləsinin müddətini artıracaq. Karyerasını sön ölkə çempionunun heyətində başa vuracaq Qurbanov sonradan məşqçilik kurslarına qatılacaq.
0