Yığmamızın futbolçusunun idarə etdiyi BMW KAMAZ-la toqquşdu
02.01.2009 - 18:00
Türkiyənin aşağı dəstə təmsilçisi “Girəsunspor” klubuna keçidi gündəmdə olan Ramal Hüseynov xoşagəlməz vəziyyətlə üzləşib. Milli komandamızın sabiq futbolçusu paytaxtın “Nəsimi” bazarı yaxınlığında avtomobil qəzasına düşüb. Belə ki, Hüseynovun idarə etdiyi BMW yol təmizləyən KAMAZ markalı avtomaşınla toqquşub.
Hadisə zamanı xəsarət almadığını deyən futbolçu apasport.az saytına bildirib ki, xeyli ziyana düşüb: “Hadisə dekabrın 31-də olub. Yol sürüşkən idi. Nə qədər etdimsə, maşını saxlaya bilmədim. Bir də onda gördüm ki, BMW sürüşüb yol təmizləyən KAMAZ-a çarpıldı. Yaxşı ki, xəsarət alan yoxdur. Amma maşınımın qabaq hissəsi dağılıb”.
Qeyd edək ki, Ramal Hüseynov hazırda müqavilə ilə “Bakı” klubuna məxsusdur.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0