Əmrə də evləndi
03.01.2009 - 21:20
Türkiyə yığmasının və “Fənərbaxça” klubunun futbolçusu Əmrə Bələzoğlu ailə qurub. Apasport.az saytının məlumatına görə, Əmrə -Tuğba Gürəvin cütlüyünün nikahını baş nazir Rəcəb Rayyip Ərdoğan, “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım, Türkiyə yığmasının baş məşqçisi Fatih Terim və İstanbul Böyükşəhər Bələdiyyəsi klubunun başqanı Göksel Gümüşdağın şahidliyi ilə İstanbul Böyükşəhər bələdiyyə başqanı Qədir Toppaş kəsib. Kəbin kəsildikdən sonra Ərdoğan evlilik sənədini gəlinə verib. Bunun ardınca baş nazir üzünü Əmrəyə tutaraq, “mənim tövsiyəmi bilirsiniz, ən azı 3 uşaq” söyləyib.
“Swiss” otelində baş tutan toy mərasimində spirtli içki verilməyib. Mərasimə dövlət və hökumət rəsmiləri, UEFA-nın vitse-prezidenti Şenes Erzik, TFF başqanı Mahmud Özgener, “Fənərbaxça”nın baş məşqçisi Luis Araqones və xeyli sayda futbolçu qatılıb.
Jurnalistlər toy mərasiminə buraxılmayıblar.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0