Futbol yığmamız sabah Belarusla qarşılaşacaq
04.01.2009 - 21:27
Futbol yığmamız sabah Belarusla qarşılaşacaq
Sabah Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi 19 yaşlı futbolçulardan ibarət yığma komanda təmsil edəcək.
Qeyd edək ki, turnirə böyük önəm verən baş məşqçi Yaşar Vahabzadə təqribən 1 həftəlik təlim-məşq toplanışı keçirib. Toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayan komandamız hər iki görüşdə məğlub olub.

A qrupu
Rusiya, Azərbaycan, Çili, Belarus

B qrupu
Türkiyə, Belçika, Latviya, Ukrayna

5 yanvar (bazar ertəsi)
1. Türkiyə – Latviya. Saat 13:00
2. Belarus – Azərbaycan. Saat 15:00
3. Belçika – Ukrayna. Saat 17:00
4. Rusiya – Çili. Saat 19:30

7 yanvar (çərşənbə)
5. Latviya – Ukrayna. Saat 13:00
6. Çili – Belarus. Saat 15:00
7. Türkiyə – Belçika. Saat 17:00
8. Azərbaycan – Rusiya. Saat 19:00

9 yanvar (cümə)
9. Belçika – Latviya. Saat 13:00
10. Çili – Azərbaycan. Saat 15:00
11. Türkiyə – Ukrayna. Saat 17:00
12. Rusiya – Belarus. 19:00

11 yanvar (bazar)
13. 4 A – 4 B. VII yer uğrunda oyun. Saat 12:00
14. 3 A – 3 B. V yer uğrunda oyun. Saat 14:00
15. 2 A – 2 B. III yer uğrunda oyun. Saat 16:00
16. 1 A – 1 B. I yer uğrunda oyun. Saat 18:00

“Peterburqski” İdman Konsert Kompleksində keçiriləcək qarşılaşmaların başlama vaxtları Bakı vaxtı ilə göstərilib.
0