Qurbanovun ikinci “qurbanı”
04.01.2009 - 23:16
Qurbanovun ikinci “qurbanı”
Qurban Qurbanovun gəlişindən sonra “Qarabağ”ın ehtiyat oyunçular skamiyasında oturan Saumah Mamadouba komandadan ayrılıb. Apasport.az saytının məlumatına görə, Saumah dövrələrarası fasilədə Ağdam təmsilçisindən ayrılan ikinci futbolçudur. Bir müddət öncə klub rəhbərliyi Viktor İbokoye ilə yollarını ayırmışdı. Bəs, görəsən, onların hansı cəhəti baş məşqçi Qurban Qurbanovun xoşuna gəlməyib?

“Həm Viktora, həm də Soumaha dövrənin ilk oyunlarında şans verdim. Lakin onlar gözləniləndən aşağı səviyyədə çıxış etdilər. Nəticədə hər iki futbolçunu əvəzedici heyətə göndərdim. Onların əsas heyətə qayıdıb, Premyer Liqada çıxış etmələri çətindir. Bütün bunları nəzərə alıb hər iki futbolçu ilə yollarımızı ayırdıq” – Qurbanov bildirib.
0