Badri Kvaratsxeliya “Standard” klubunun baş məşqçisi oldu
05.01.2009 - 00:03
“Standard” klubunun yeni çalışdırıcısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin istefasından sonra boş qalan baş məşqçi postunu onun köməkçisi Badri Kvaratsxeliya tutacaq. Klub rəhbərliyinin yaxın günlərdə gürcü mütəxəssislə bir il müddətinə müqavilə bağlayacağı gözlənilir.
Sxadadze “Standard”ın sükanı arxasına ötən qışda keçmişdi. O, vətənində vaxtilə “Sioni”də olduğu kimi, 43 yaşlı Badri Kvaratsxeliyanı özünə köməkçi götürmüşdü.
Kvaratsxeliya futbolçu karyerasının ən yaxşı illərini Azərbaycanda keçirərək, “Kəpəz” və “Şəmkir”lə ölkə çempionu olub. Ötən mövsümü 9-cu yerdə başa vuran “Standard” qış fasiləsinə də 8-ci pillədə yollanıb.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0