İlin futbolçusu Azərbaycandan təklif alıb
05.01.2009 - 10:32
İlin futbolçusu Azərbaycandan təklif alıb
Ukraynanın “Nikolayev” klubunun qapıçısı Aleksandr Lavrentsov Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, Nikolayev vilayətində 2008-ci ilin ən yaxşı futbolçusu seçilən Lavrentsov bu münasibətlə Ukrayna mətbuatına verdiyi müsahibədə legioner həyatı yaşamaq istəmədiyini bildirməklə yanaşı, karyerasını ölkəmizdə davam etdirməkdən boyun qaçırıb. “Azərbaycan və Latviya klublarından təkliflər almışdım. Lakin karyeramı evimə yaxın olan yerdə davam etdirmək istəyirəm”.

Hazırda Ukrayna çempionatının ikinci dəstəsində çıxış edən komandanın qapıçısı bir vaxtlar Ukrayna millisinə də cəlb olunub. Dəfələrlə yığmaya çağırılmasına baxmayaraq, bu komandada debüt etmək şansı qazanmayan Lavrentsov Ukraynada “Krivbass”, Rusiyada “Krılya Sovetov”, “Torpedo-Metalurq” (indiki “Moskva”) kimi klubların da şərəfini qoruyub.
0