Daha iki futbolçumuz “Ayntraxt”a gedir
05.01.2009 - 12:06
Daha iki futbolçumuz “Ayntraxt”a gedir
AFFA ilə Almaniyanın “Ayntraxt” klubu arasında əməkdaşlıq haqqında razılığa əsasən, bu ayın sonunda U-17-nin daha iki üzvü FİFA və UEFA-nın qaydarına uyğun bu komandanın düşərgəsində təlim-məşq toplanışında iştirak edəcək. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, həmin futbolçular məşqçilər korpusu tərəfindən müəyyənləşəcək.

Qeyd edək ki, ötən ilin son aylarında 17 yaşlılardan ibarət yığma komandamızın iki üzvü - Emin Mehdiyev və Andrey Papoviç bu komandanın tərkibində təlim-məşq toplanışında iştirak etmişdi.
0