“İnter”in rəqibi litvalılara qarşı
05.01.2009 - 12:07
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində Bakının “İnter” klubunun rəqibi olan Latviya “Ventspils”isi yeni mövsümün hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, ilk məşqlərini Ventspilsdə keçirən üçqat ölkə çempionu yanvarın 7-də Litvaya yollanacaq. “Birlik kuboku”na qonşu ölkədə hazırlaşacaq “Ventspils”in yoxlama oyunlarındakı rəqibləri də məlum olub. Belə ki, üç yoxlama matçını da yerli komandalara qarşı keçirəcək latviyalılar ayın 9-da “Ekranas”, 11-də “Suduva”, iki gün sonra isə “Kaunas”la görüşəcək.
Qeyd edək ki, “İnter” – “Ventspils” oyunu yanvarın 20-də keçiriləcək.
Qeyd edək ki, “İnter” – “Ventspils” oyunu yanvarın 20-də keçiriləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0