Əvvəl Ponomaryov, sonra “Xəzər-Lənkəran”
05.01.2009 - 12:22
Əvvəl Ponomaryov, sonra “Xəzər-Lənkəran”
“Xəzər-Lənkəran” klubu Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin hazırlığına Türkiyədə başlayıb. Apasport.az saytının məlumatına görə, Bakı-İstanbul-Antalya hava reysilə səfərə çıxan lənkəranlılar Sidedə bir araya gəlib. Yeni baş məşqçi İqor Ponomaryov İsveçdən birbaşa Türkiyəyə gəldiyi üçün komanda səfərə onun köməkçiləri – Vadim Vasilyev, Samir Ələkbərov və Hafiz Əliyevin rəhbərliyi altında yollanıb.

Lənkəran təmsilçisinin legionerləri birbaşa Antalyaya getdikləri üçün məşqçilər səfərə yalnız yerli futbolçularla çıxıb. Yalnız Rahid Əmirquliyev istisna təşkil edib ki, buna da səbəb yarımmüdafiəçinin 21 yaşlılardan ibarət yığma komandamızın Türkiyədəki hazırlığına dəvət almasıdır. Antalyaya yığma ilə birgə yollanan Rahid orada hazırlığa başa vurduqdan sonra yanvarın 12-də “Xəzər-Lənkəran”ın sıralarına qatılacaq.

Qeyd edək ki, Ponomaryov Türkiyəyə komandadan tez gəlib. 48 yaşlı mütəxəssis məskunlaşacaqları “Xante Resort” otelinə başa çəkərək, oradakı şəraitlə tanış olub. “Xəzər-Lənkəran”ın futbolçuları bu gün Ponomaryovun rəhbərliyi altında ilk məşqə çıxacaqlar. Lənkəran təmsilçisi Türkiyədə üç həftə hazırlıq etməyi planlaşdırıb.
0