Dünyanın ən yaxşı hakimi bilindi
05.01.2009 - 12:28
Dünyanın ən yaxşı hakimi bilindi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı hakimlərinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı Roberto Rozetti 2008-ci ilin hakimi seçilib. İFFHS-in ölkələrdəki nümayəndələri arasında keçirilən sorğuda Rozetti 204 xal toplayıb. Slovakiyalı Lüboş Mihel 126 xalla ikinci olub. Dünyanın ən yaxşı üçüncü hakimi seçilən belçikalı Frank de Blekere isə 61 xal yığıb. Ümumilikdə isə İFFHS nümayəndələri cəmi 25 hakimə səs verib.

Qeyd edək ki, ötən il ən yaxşı hakim adını almaniyalı Markus Merk qazanmışdı.
0