Bolqarıstan yığmasının futbolçusu “Olimpik”ə gəlir
05.01.2009 - 12:51
Bolqarıstan yığmasının futbolçusu “Olimpik”ə gəlir
Bolqarıstan yığmasının sabiq futbolçusu Georgi Andonov Bakının “Olimpik” klubunda baxışdan keçəcək. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl adı “Bakı” ilə yanaşı hallanan 25 yaşlı yarımmüdafiəçi digər paytaxt komandasında çıxış edə bilər. Bunun üçün baxışda özünü göstərməli olan Andonov son klubu “Çerno More”də 37 qarşılaşmada 1 qol vurub. 2003-2005-ci illərdə Bolqarıstanın 21 yaşlılardan ibarət yığmasına cəlb olunan sol cinah yarımmüdafiəçisinin karyerası isə “Botev”də başlayıb. Bu klubun uşaq komandalarında da oynayan Georgi peşəkar karyerasına da “Botev”də başlayıb. Burada 103 matça 12 top vuran Andonov iki il yarım əvvəl “Çerno More”yə keçib.
0