Aleksandr Qoqoberişvili “Qarabağ”dan kənarlaşdırıldı
05.01.2009 - 13:44
Aleksandr Qoqoberişvili “Qarabağ”dan kənarlaşdırıldı
Ağdamın “Qarabağ” klubu daha bir legionerlə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Viktor İbekoyi və Mamduba Soumahın ardından digər legioner - yayda komandaya transfer olunan Aleksandr Qoqoberişvili də baş məşqçi Qurban Qurbanova lazım olmayıb. Mütəxəssis birinci dövrənin böyük hissəsini zədə səbəbindən heyətə düşməyən gürcü yarımmüdafiəçinin komandada qalmasına ehtiyac görməyib.

Buna həm də “Neftçi”dən qovulan Rəşad Sadiqovun transferi səbəb olub. Belə ki, bu iki oyunçu eyni mövqedə çıxış etdiyindən Qurbanov hələ flaqmanda çalışdığı vaxtdan tanıdığı Rəşada üstünlük verib. Bu isə komanda ilə hələ yarım illik müqaviləsi olan Qoqoberişvilinin heyətdən kənarlaşdırılmasına səbəb olub.

Qeyd edək ki, Aleksandr “Qarabağ”ın heyətində 4 çempionat (341 dəqiqə) və 1 kubok (15 dəqiqə) oyununda meydana çıxıb.
0