Ramal Hüseynovun “Girəsunspor” klubuna keçidi baş tutmayacaq
05.01.2009 - 15:13
Ramal Hüseynovun “Girəsunspor” klubuna keçidi baş tutmayacaq
“Ramal Hüseynovun “Girəsunspor” klubuna keçidi baş tutmadı. İndi biz Türkiyənin aşağı liqasında çıxış edən başqa komandalarla danışıqlar aparırıq. Hazırda futbolçumuza 4 klubdan maraq var”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.

Afşarın sözlərinə görə, “Girəsunspor” 25 yaşlı yarımmüdafiəçi Ramal Hüseynovun icarəyə götürmək planından sonradan vaz keçib: “Komanda Özbəylə yollarını ayırıb, əvəzində Ramalı heyətinə cəlb etmək istəyirdi. Ancaq “Girəsunspor”un bu futbolçunu saxlaması ilə Hüseynovun transferi arxa plana keçdi. Türkiyənin aşağı liqasında legioner limitin olması də öz təsirini göstərir. Hazırda başqa variantları nəzərdən keçiririk. Ramala Bank Asiya liqasının lideri olan “Kasımpaşa” ilə yanaşı, “Altay”, “Malatyaspor” və “Karabükspor” klubları ilə danışıqlar aparırıq”.
0