“Neftçi” Türkiyədə “Feyenoord”la qarşılaşacaq
05.01.2009 - 16:37
“Neftçi” Türkiyədə “Feyenoord”la qarşılaşacaq
Hollandiyanın “Feyenoord” futbol klubu yanvarın 10-da Azərbaycanın ən titullu komandası sayılan “Neftçi” ilə yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, görüş hər iki klubun Türkiyənin Bələk şəhərində keçirəcəyi təlim-məşq toplantısı çərçivəsində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

“Neftçi”nin mətbuat katibi Səbuhi Səfiyarlı isə “Feyenoord”la görüşün baş tutmasının sual altında olduğunu bildirib: “Biz Türkiyəyə yanvarın 7-də yollanacağıq. Hazırlıq prosesinə başladıqdan cəmi üç gün sonra “Feyenoord” kimi güclü klubla yox, nisbətən zəif komanda ilə matçda qüvvəmizi sınamaq fikrindəyik. Ona görə də hələlik bu matçın baş tutacağını söyləmək tezdir”.
Lent.az
0