Futbol yığmamız 2009-cu ilə məğlubiyyətlə başladı
05.01.2009 - 16:58
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın sabiq birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin startında uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan yığmamız ilk oyunda Belarusa uduzub - 0:1.
Qapımıza yeganə qol oyunun 38-ci dəqiqəsində vurulub. Hətta rəqib komandanın futbolçusunun 72-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılması da Yaşar Vahabzadənin yetirmələrinin dadına çatmayıb. 18 dəqiqə say üstünlüyünə malik olan milli komandamız bundan yararlana bilməyib.
U-19 ikinci görüşünü yanvarın 7-də Rusiyaya qarşı keçirəcək. Təqvimə əsasən, futbolçularımız axırıncı turda, yanvarın 9-da çilili həmkarlarını sınağa çəkəcəklər. Yarışa həftənin bazar günü yekun vurulacaq.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0