Rəşad Sadıqov “Kocaelispor”un heyətində debüt etdi - FOTO
05.01.2009 - 17:01
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov “Kocaelispor” klubunun heyətində ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi baxışda olduğu Türkiyə Superliqa təmsilçisinin heyətində Antalyada sınanıb. Orada təlim-məşq toplanışı keçən “Kocaelispor” aşağı divizionda çıxış edən “Samsunspor”la görüşüb. Oyun Sadıqovun yer aldığı komandanın 0:4 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, Rəşad iki ay öncə “Neftçi”dən kənarlaşdırıldıqdan sonra ilk olaraq İspaniyanın “Valyadolid” klubuna baxışda olsa da, keçidi baş tutmayıb.
Qeyd edək ki, Rəşad iki ay öncə “Neftçi”dən kənarlaşdırıldıqdan sonra ilk olaraq İspaniyanın “Valyadolid” klubuna baxışda olsa da, keçidi baş tutmayıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0