“Kocaelispor” klubunun prezidenti: Rəşadı bizə səviyyəli futbolçu kimi tövsiyə ediblər
05.01.2009 - 17:23
“Kocaelispor” klubunun prezidenti: Rəşadı bizə səviyyəli futbolçu kimi tövsiyə ediblər
“Bizi qane etsə, Rəşad Sadıqovu transfer edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Kocaelispor” klubunun prezidenti Serhan Gürkan deyib.

Qış fasiləsinə sonuncu pillədə yollanan Kocaeli təmsilçisinin rəhbəri Superliqada yerlərini qorumaq üçün heyətin gücləndirilməsini zəruri sayır. Bu mənada Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovu da baxışa çağıran prezident müdafiəçi ilə bağlı müsbət rəy aldıqlarını bildirib: “Rəşad haqda çox yaxşı məlumatımız var. Onu bizə səviyyəli futbolçu kimi tövsiyə ediblər”.

Qeyd edək ki, 27 yaşlı futbolçunun “Kocaelispor”a keçidində “Kayserispor”da onunla birgə çıxış edən Bülent Bölükbaşının da tövsiyələri rol oynayıb.
0