Ruslar Azərbaycanla oyuna gənclər yığması ilə hazırlaşacaq
05.01.2009 - 17:31
Rusiya yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki qarşıdakı rəqibi olan Azərbaycan milli komandası ilə oyuna qədər yoldaşlıq görüşü keçirməyəcək. Apasport.az saytının məlumatına görə, ruslar martın 28-də Moskvada “Lujniki” stadionunda görüşəcəkləri milli komandamızla oyuna gənclər yığmaları ilə birgə hazırlaşacaq. Rusiyanın əsas yığmasının məşqçisi Aleksandr Borodyuk fevralda yoxlama oyunu keçirməyi məqsədəuyğun saymadıqlarını bildirib: “Fevralın əvvəlində gənclər yığmamızla birgə Türkiyədə hazırlıq keçəcəyik. Bundan sonra dünya çempionatının seçmə mərhələ oyunlarımız başlayacaq. Fevralda yoldaşlıq görüşü keçirməməyimiz özünü doğruldan qərardır. Təlim-məşq toplanışı daha məhsuldar alınır. Üstəlik, yanımızda gənclər olacaq”.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0