“Rəşad, “Kocaelispor”a keçsən, aclıqdan simit yeyəcəksən”
05.01.2009 - 17:53
“Rəşad, “Kocaelispor”a keçsən, aclıqdan simit yeyəcəksən”
Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqovun Türkiyənin “Kocaelispor” klubuna baxışa yollanmağına komandanın azarkeşləri də biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, Kocaeli təmsilçisinin fanatları 27 yaşlı müdafiəçinin transferinin əleyhinədir.

Daha doğrusu, Rəşadı düşünən türkiyəlilər onu komandadakı durumdan xəbərdar edib. Azarkeşlər müdafiəçinin keçidi ilə bağlı Türkiyə mətbuatında dərc olunan yazıya verdiyi şərhlə yığmamızın kapitanına kömək etmək istəyib: “Qəti bura gəlmə! Biz batmış klubuq. Burda ac qalarsan, ən yaxşı halda simit yeyərsən”.

Qeyd edək ki, Sadıqov iki gündür Antalyada hazırlıq keçən “Kocaelispor”un düşərgəsindədir.
0