Premyer Liqanın təqvimində dəyişiklik edildi
05.01.2009 - 18:32
Premyer Liqanın təqvimində dəyişiklik edildi
Azərbaycan kuboku uğrunda ¼ final mərhələsinin oyunlarının keçirilmə vaxtı dəqiqləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, ilk görüşlərin hamısı (“İnter” – “Simurq”, “Qəbələ” – “Olimpik”, “Xəzər-Lənkəran” – “Bakı” və “Qarabağ” – “Neftçi”) eyni gündə - martın 4-də baş tutacaq. Cavab matçlarından ilk üçün martın 11-də, yalnız “Neftçi” – “Qarabağ” oyunu 12-də keçiriləcək. Buna da səbəb “Bakı” ilə “Neftçi”nin ev oyunlarını eyni arenada – Tofiq Bəhramov adına Respublika stadionunda keçirməsidir. “Qarabağ”ın cavab matçını bir gün gec oynaması ilə əlaqədar Premyer Liqanın təqvimində də dəyişiklik edilib. Belə ki, Ağdam klubu ilə “Qəbələ” ilə ev oyunu təqvimdə nəzərdə tutulduğundan bir gün sonraya – martın 15-ə ertələnib.
0