“Turan”ın rəisi: Nə “Qazprom”un nümayəndəsini görmüşük, nə də onlarla danışıqlar aparmışıq
05.01.2009 - 18:44
“Nə “Qazprom”un nümayəndəsini görmüşük, nə də onlarla danışıqlar aparmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının autsayderi “Turan” klubunun rəisi İman Həsənov deyib.
O, ciddi maliyyə böhranı ilə üzləşən komandanın “Qazprom” şirkəti tərəfindən himayəyə götürüldüyünü təkzib edib: “Belə bir xəbəri az öncə qəzetdə oxumuşam. Açığı, bu, ağ yalandır. Mən özüm də bunun haradan qaynaqlandığını bilmirəm. İndi yalandan desəm ki, bəli, “Qazprom” bizə sponsorluq edəcək, bəs sabah şirkətin rəsmiləri yaxamızdan yapışmaz ki?”
Həsənov maddi məsələlərlə bağlı hələ də irəliləyiş olmadığını vurğulayıb: “Bununla əlaqədar heç bir dəyişiklik yoxdur. “Turan”ın futbolçuları yanvarın 7-də bir araya gələcəklər. Maliyyə məsələlərinə də həmin vaxtdan sonra aydınlıq gələcək”.
Qeyd edək ki, 4 xalla Premyer Liqanın sonuncu, 14-cü pilləsində qərarlaşan “Turan”ın hətta maliyyə böhranı ucbatından dağılmaq təhlükəsi də var.

0
0