Azərbaycan daha bir beynəlxalq futbol turnirində
05.01.2009 - 18:46
Azərbaycan “Danone Nations Cup” beynəlxalq futbol turnirində təmsil olunacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yarışın təşkilatçıları ilə aparılan danışıqlar sayəsində komandamızın bu il keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyi qərara alınıb. Turnir hər il 10-12 yaşlı uşaqlardan təşkil edilmiş komandalar arasında 5 qitəni təmsil edən 40 ölkə təmsilçisinin iştirakı ilə keçirilir. 600-ə yaxın uşağın iştirak edəcəyi turnirdə hansı komandalarla görüşəcəyimiz yanvarın 19-21-də Belçikanın paytaxtı Brüsseldə 40 ölkə nümayəndələrinin iştirakı ilə keçiriləcək toplantıda bəlli olacaq.
Qeyd edək ki, turnirin final mərhələsi Braziliyada keçiriləcək.
Qeyd edək ki, turnirin final mərhələsi Braziliyada keçiriləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0