Futbolçunun anası meydançaya atılıb, davaya qoşuldu! - FOTO
05.01.2009 - 20:01
Futbolçunun anası meydançaya atılıb, davaya qoşuldu! - FOTO
Türkiyənin İsparta şəhərində qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, şəhərin həvəskar liqası çərçivəsində “Gönenspor” və “Şarkikaraağaç” klubları arasında keçirilən oyunda qalmaqal yaşanıb.

Belə ki, 3:3 hesabı ilə nəticələnən matçdan dərhal sonra futbolçular arasında dava düşüb. Qarşıdurma zamanı hətta azarkeşlər də öz aralarında şillə-təpiklərini işə salıblar. Elə bu vaxt “Şarkikaraağaç”ın oyunçuları “Gönenspor”un futbolçusu Mehmet Özəlin üstünə hücum çəkiblər. Buna dözməyən Mehmetin anası Zübeydə Özel oğlunu müdafiə etmək üçün məftillərlə toxunmuş səddi aşaraq, meydançaya daxil olub və dava-dalaşa qoşulub.

Asayiş keşikçiləri rəqib komandanın futbolçularının üzərinə şığıyan ananı güclə sakitləşdiriblər. Az sonra qalmaqal başa çatıb, hər iki klubdan bir neçə oyunçu yüngül xəsarət alıb.
0