Yaşar Vahabzadə: Bizdə heç nə alınmırdı
06.01.2009 - 10:35
“Belarusla oyunda komandamız üstünlüyə malik idi. Buna baxmayaraq, qol vurmağı bacarmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib.
O, Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin ilk matçından sonra keçirilən mətbuat konfransında təcrübəsizlikdən şikayətlənib: “Hətta rəqib on nəfərlə qalanda da, bizdə heç nə alınmırdı. Bizim komandamız kifayət qədər gəncdir. Belə ki, heyəti yeni yığmışıq. Ümid edirəm ki, tezliklə belə turnirlərdə oyun təcrübəsi toplayacağıq. Rəqibi təbrik etməklə yanaşı, dəvət üçün Rusiyaya da minnətdarlıq edirəm”.
Qeyd edək ki, yığmamız ilk oyunda Belarusa 0:1 hesabıyla uduzub.

- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
0
0