DÇ-2010-nun Təşkilat Komitəsinin üzvü güllələndi
06.01.2009 - 10:39
2010-cu il Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək dünya çempionatının Təşkilat Komitəsinin üzvü Cimmi Moxlala güllələnib. Apasport.az saytının məlumatına görə, CAR milli futbol federasiyasının keçmiş vitse-prezidenti ölkənin şimal-şərqində yerləşən Nelspreyt şəhərində evində qətlə yetirilib. Çox güman ki, qətlin səbəbi DÇ-2010-nun oyunları keçiriləcək Nelspreyt stadionunun inşası ətrafında yaranan korrupsiya qalmaqalı ilə bağlı olub. Öldürülən şəxs bununla bağlı bəzi məlumatları olduğundan, Afrika Milli Konqresinin (AMK) hakim partiyasının üzvlərindən birini stadionun ətrafında bazarın yaradılmasının icazə verilməsinin əvəzində rüşvət almaqda günahlandırıb. Bundan sonra Moxlala bəyan edib ki, AMK onu tutduğu vəzifədən kənarlaşdırmaq istəyir. Yerli hakimiyyət dairələrinin fikrincə, ölüm faktı turnirin təşkilatçılığına ciddi zərbə vuracaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0