Məşhur futbolçu Azərbaycan milli komandasını təriflədi
06.01.2009 - 10:44
Məşhur futbolçu Azərbaycan milli komandasını təriflədi
“Azərbaycan yığması qısa və orta ötürmələrlə oynamağı, topla yaxşı rəftar etməyi bacarır. Onların problemi beynəlxalq təcrübəyə malik olmamasıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarusun 19 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Aleksandr Xatskeviç deyib.

Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin ilk turunda Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gələn belarusluların çalışdırıcısı uğurun səbəbini açıqlayıb: “Oyun bitən kimi matçla bağlı hər hansı fikir bildirmək çətindir. Lakin daha intizamlı və daha mütəşəkkil oyun göstərməyimizin sayəsində qələbə qazandığımızı deyə bilərəm. Lakin qarşıdakı matçlarda aqressivliyi də artırmalıyıq. Ümumilikdə, turnirə komandamızın liderlərindən dördünü gətirməmişdik. Üstəlik, daha bir futbolçumuz burdakı məşqdə zədələndiyindən vətənə qayıtdı və onun yerinə digəri gəlməlidir. Meydanın örtüyünə gəlincə, onu deyə bilərəm ki, mən asfaltda böyümüşəm, indiki uşaqlar üçün qat-qat asandır”.

Qeyd edək ki, Azərbaycan və Belarus yığmalarının yer aldığı qrupda keçirilən digər oyun - Rusiya - Çili qarşılaşması 2:2 hesabı ilə nəticələnib.
0