Milli komandamızın rəqibi “yanıb”
06.01.2009 - 11:22
Milli komandamızın rəqibi “yanıb”
“Çili ilə oyunumuzu təhlil edib, Azərbaycanla matça hazırlaşacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın 19 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Nikolay Saviçev deyib.

Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin ikinci turunda Azərbaycan yığması ilə (U-19) qarşılaşacaq rusiyalıların çalışdırıcısı Çili ilə ilk matçdakı uğursuzluqdan (2:2) nəticə çıxarmaq niyyətindədir: “Təəssüf ki, turnirə qələbə ilə başlaya bilmədik. Bu uğursuzluğu psixoloji amillə bağlamaq olar. Öz meydanımızda keçirilən ilk oyun olduğundan komandamız “yandı”. Qələbə qazanmaq arzusunun həcmi şüurlu oyunu keçdi ki, bu da qapımıza vurulan qollarla nəticələndi. Qapıya zərbələrdə çilililəri bir neçə dəfə üstələdik. Cənubi amerikalılar isə yaratdıqlarının hamısından istifadə etdi. Qeyd edim ki, rəqibimiz topla davranmaqda özünü yaxşı tərəfdən göstərə bildi”.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu sabah keçiriləcək.
0