Futbolçu 1 oyunda 18 qol vurdu!
06.01.2009 - 11:22
Futbolçu 1 oyunda 18 qol vurdu!
Türkiyənin ikinci həvəskar liqasında “İdmanocağı” və “Fıstıklı Genclikspor” klubları arasında keçirilən oyunda yeni rekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yalova şəhərində gerçəkləşən bu qarşılaşmada “İdmanocağı”nın futbolçusu Fatih Bektaş 18 qola imza atıb.

İlk hissəsində rəqibi 8 dəfə cəzalandıran Fatih fasilədən sonra da “bombardman”ı davam etdirib. O, ikinci 45 dəqiqədə “Fıstıklı Genclikspor”un qapısına daha 10 qol vurub. Matç 33:1 hesabı ilə “İdmanocağı”nın xeyrinə başa çatıb.

Bununla da, Fatih yeni rekordçu olub. Bu vaxta qədər “Ginnesin rekordlar kitabı”nda 1 oyunda ən çox qol vuran futbolçu ünvanı Türkiyənin “Mavikent Belediyespor” klubunun üzvü Murat Doğana məxsus idi. Doğan ötən il 1 görüşdə 16 dəfə fərqlənmişdi. İndi “İdmanocağı” rəhbərliyi Fatihin adının “Ginnesin rekordlar kitabı”na düşməsi üçün müvafiq sənədləri hazırlayır.