Rəşad Sadıqovun komanda yoldaşları qaçaqaçda
06.01.2009 - 12:19
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqovun baxışda olduğu Türkiyənin “Kocaelispor” klubu ciddi problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi Antalya toplanışında olduğu vaxtda komanda rəhbərliyi maliyyə böhranından çıxmaq yollarını axtarır. Artıq komandanın bir çox futbolçusu Türkiyə Futbol Federasiyasına müraciət edərək azad agent statusu əldə etməyə çalışır. Doqquz futbolçu bu ay bitəcək müqaviləsinin son günlərini sayır. Digərləri ümid edir, baxışa gələn futbolçular da narahatdır. Elə klub prezidenti Serhan Gürkan da federasiyadan yardım almağa ümidlidir. Pul axtarışında olan prezident isə bir çox iş adamları ilə görüşərək komandasını xilas etməyə çalışır.
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
0
0