Demyanenko Belkeviçi yanına aparır
06.01.2009 - 12:38
Demyanenko Belkeviçi yanına aparır
“Neftçi” klubunun ukraynalı sabiq baş məşqçisi Anatoli Demyanenko ilə Valentin Belkeviç yenidən bir yerdə çalışacaqlar. Apasport.az saytının məlumatına görə, uzun müddət “Dinamo”nun sıralarında olan ukraynalı mütəxəssislə belaruslu futbolçu bu dəfə Kiyevin digər təmsilçisi – “Arsenal” klubunun şərəfini qoruyacaqlar.

Cari mövsümün ilk yarısını Bakının “İnter” klubunda keçirən 36 yaşlı Belkeviçin müqaviləsinin müddəti artıq başa çatıb. Elə komandanın ukraynalı baş məşqçisi Valentin Xodukin apasport.az saytına açıqlamasında da Türkiyə toplanışında sərəncamında görmədiyi belaruslu futbolçunun gedişi ilə artıq barışdığını gizlətməyib: “Bildiyimə görə, Belkeviçə Ukraynadan yaxşı təklif alıb. Onun Kiyevin “Arsenal” klubunda oynamaq variantı var. Deyəsən, Anatoli Demyanenko bu komandanın yeni çalışdırıcısı olacaq. Belkeviçə “Arsenal”da oynayan məşqçi olmaq təklif edilib. Bu da ona sərf etdiyi üçün bu təklifi dəyərləndirmək fikrindədir”.

Qeyd edək ki, Demyanenko ilə Belkeviç “Dinamo”da Ukrayna çempionluğu, kuboku və Superkuboku qazanıb. “İnter” əsas heyətə düşə bilməyən Valentinlə əməkdaşlığı davam etdirməyi məqsədəuyğun saymayıb.
0