“Kocaelispor”un prezidenti saxlanıldı
06.01.2009 - 13:16
Rəşad Sadıqovun baxışda olduğu Türkiyənin “Kocaelispor” klubu prezidentsiz qala bilər. Apasport.az saytının məlumatına görə, Kocaeli təmsilçisinin başçısı Sərkan Gürkan polis tərəfindən saxlanılıb. Buna səbəb onun “Kocaelispor”un avtobuslarından birinin girov saxlandığı şirkətə basqında iştirak etməsidir.
Belə ki, kluba məxsus avtobuslara servis xidməti göstərən şirkət prezidentin borcunu ödəmədiyini görərək girov götürmək qərarına gəlib. Buna qəzəblənən Gürkan isə yaxınları ilə birlikdə ora basqın edib. Hadisədən dərhal sonra şirkət rəhbərliyi polisə şikayət edib ki, bunun da əsasında klub prezidenti tərəfindən saxlanılıb. Hazırda onunla birgə basqında iştirak edən digər şəxslər axtarılır.

0
0