AFFA “Turan”a nə qədər pul verib?
06.01.2009 - 13:46
“AFFA-nın “Turan”a maliyyə yardımı etməsi barədə xəbərlər həqiqətəuyğun deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Assosiasiyanın ciddi maliyyə böhranı yaşayan Tovuz təmsilçisinin hesabına 200 min manat köçürməsi ilə bağlı yayılan informasiyaları təkzib edən Məmmədov qarşı tərəfdən heç bir müraciət almadıqlarını vurğulayıb: “Turan” rəhbərliyi maliyyə yardımı göstərilməsi üçün bizə nə yazılı, nə də şifahi müraciət edib”.
Baş katib Premyer Liqada yarışan klublar arasında ayrı-seçkilik etməyəcəklərini də söyləyib: “Əgər təkcə “Turan” köməklik göstərsək, bu, ədalətsizlik olar. Bu zaman digər klublar hüquqlarının pozulduğunu əsas gətirərək, bizə haqlı narazılıqlarını bildirərlər”.
Məsələyə münasibətini bildirən “Turan”ın rəisi İman Həsənov da xəbəri təkzib edib: “AFFA hesabımıza nə vaxt pul köçürüb ki!? Belə şey yoxdur. Heç müraciət də eləməmişik”.

0
0