“İnter” klubunun prezidenti Azərbaycana gələ bilmir
06.01.2009 - 14:17
Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov Azərbaycana qayıda bilmir. Hazırda vətəni Bolqarıstanda olan Nikolov apasport.az saytına açıqlamasında bunu hava reyslərinin təxirə salınması ilə əlaqələndirib.
Onun sözlərinə görə, artıq Bakıda olmalı imiş: “Dekabrın ortasında vətənimə yollandığım zamanı geriyə bilet də almışdım. Ancaq biletim əlimdə olsa belə, hələ də gözləməyə məcburam. Çünki təyyarələr uçmur, hava şəraitinin kəskinləşməsi ilə əlaqədar hava reyslərinin təxirə salınıb. Biletim Sofiya-Vyana - Bakı reysinədir. Daha iki gün gözləməliyəm. Deyilənə görə, fevralın 8-də reys bərpa olunacaq”.

0
0