AFFA Gəncədə futbolçu axtarır
06.01.2009 - 14:18
AFFA Gəncədə futbolçu axtarır
AFFA rəhbərliyi istedadlı uşaqların üzə çıxarılması və onlara şəraitin yaradılması məqsədilə regionlarda seleksiya işlərinin aparılması ilə bağlı qərar qəbul edib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, respublikamızın bütün bölgələrində 13-14 yaşa qədər olan uşaqların oyunları izlənilməsi qərara alınıb.

Onların istedad və bacarıqları haqda aşağı yaş qruplarından ibarət milli yığma komandaların məşqçilər korpusuna məlumat veriləcək. İlkin olaraq bu işə böyük futbol ənənəsi və tarixi olan şəhər və rayonlardan başlanması nəzərdə tutulub. Seleksiyaçı məşqçi Təbriz Həsənov bu məqsədlə yanvarın 12-də Gəncəyə səfər edəcək.
0