Buraxdığı səhvlər Sadıqovu gözdən salmayıb
06.01.2009 - 15:39
“Rəşadın komandamızdakı gələcək taleyinə bir oyunla qiymət vermək düzgün olmazdı. Onu yanvarın 9-da “Böyükşəhər Bələdiyyəspor”, 13-də “Qaziantepspor”la yoxlama görüşündə də sınamaq fikrindəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Türkiyənin “Kocaelispor” klubunun meneceri Mücahid Oktan deyib.
Azərbaycan yığmasının 26 yaşlı kapitanı Rəşad Sadıqovu baxışdan keçirən Superliqa təmsilçisi onu bir dəfə iş başında görüb. Müdafiəçimizin ikinci 45 dəqiqədə meydana çıxdığı Kocaeli təmsilçisinin “Samsunspor”la oyunu böyük hesablı məğlubiyyətlə (0:4) nəticələnib. Ancaq Oktanın sözlərinə görə, buraxdığı səhvlər Sadıqovu gözdən salmayıb: “Rəşadın ilk matçına çıxdığını nəzərə alsaq, qol epizodunda xətasının olması normal idi. Təsadüfi deyil ki, onu elə ilk qarşılaşmadan sonra yola salmadıq. Futbolçu haqda qəti fikir yürütmək üçün vaxt lazımdır. Bütün bunları nəzərə alaraq, Sadıqovu düşərgəmizdə saxlamışıq. Hazırda super məşq edir. O, hazırlıq prosesində çox yaxşı təsir bağışlayır”.
Superliqada sonuncu pillədə qərarlaşan “Kocaelispor” ciddi maliyyə problemi ilə üzləşib. Klubla müqavilə müddətinin bitməsini gözləyən 9 futbolçu getmək üzrədir. Ancaq Oktan bütün bunları, hətta futbolçumuza görə kompensasiyanın ödənilməsini də transferə əngəl törədəcək problem saymır: “Gedənlərin əvəzinə yeni futbolçu transfer edəcəyik. Nigeriyadan da bir futbolçunu heyətimizə qatmışıq. Bu, 21 yaşlı hücumçu Akeem Aqbetudur. O, Rəşadla birgə bu gün məşqə çıxıb. Hazırkı maddi vəziyyətimiz yeni transferlər etməyə imkan verir. Bizdə futbolçuların məvacibləri dəyişkəndir. Bizə mərkəz müdafiəçisi lazım olduğu üçün Rəşadı heyətimizə qatmışıq. Futbolçunuz özünü doğruldarsa, onu transfer edəcəyik. Bu zaman Sadıqovun müqaviləsinin olduğu “Neftçi” klubu ilə danışıqlar aparılacaq”.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0