“Neftçi” Antalyada “Krılya Sovetov”la qarşılaşacaq
06.01.2009 - 16:24
Rusiya Premyer Liqasını ötən mövsüm 6-cı yerdə başa vuran “Krılya Sovetov” qış fasiləsində Azərbaycan klubları ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Türkiyənin Bələk şəhərinə yollanan Samara təmsilçisi komandalarımızdan ikisini sınağa çəkmək niyyətindədir. “Krılya Sovetov” bu iki rəqibdən birinin adına aydınlıq gətirib. Belə ki, samaralıların baş məşqçisi Leonid Slutski yetirmələrini “Neftçi” ilə görüşdə sınayacaq. Lakin Azərbaycan komandalarının “Krılya Sovetov”un hansı heyəti ilə qarşılaşacağı da məlum deyil. Çünki yanvarın 14-ü və 19-da oyun keçirməyi planlaşdıran rusiyalılar hər gün iki rəqiblə üz-üzə gələcək. Xorvatiyanın “Zaqreb”, həmçinin bir türk klubu ilə də görüşəcək “Krılya Sovetov” kimə qarşı əsas, kimə qarşı ikinci heyətlə mübarizə aparacağı dəqiqləşməyib.
Qeyd edək ki, “Neftçi”nin hücumçusu Samir Əliyev 2004-cü ildə Slutskinin rəhbərliyi altında “Uralan”ın formasını geyib.
Qeyd edək ki, “Neftçi”nin hücumçusu Samir Əliyev 2004-cü ildə Slutskinin rəhbərliyi altında “Uralan”ın formasını geyib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0