“Qəbələ” daha iki futbolçunu transferə çıxardı
06.01.2009 - 17:36
“Qəbələ” klubu daha iki futbolçu ilə yollarını ayırmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi müdafiəçi Əli İsmayılov və yarımmüdafiəçi Vüsal Hüseynovu transferə çıxarıb. Əvvəl transferə çıxarılan 8 futbolçudan biri Miliya Jiqiçin isə saxlanılmasına qərar verilib.
Klubun məşqçilər korpusunun yekun iclasında serbiyalı mərkəz müdafiəçisinin gələcəkdə komandaya faydalı ola biləcəyi vurğulanıb. Baş məşqçisi Ramiz Məmmədov futbolçuları “Elit” mehmanxanasında təlim-məşq toplanışına yığaraq heyətə yeni oyunçular da cəlb edib. Baxışda olan futbolçular arasında həm yerli, həm də əcnəbi futbolçular var.
Qeyd edək ki, Cahangir Həsənzadə, Fərrux İsmayılov, Elnur Abbasov, Samir Məmmədov, Asen Nikolov, Şəhruz Mustafayev və Fərzad Hatəmi də transferə çıxarılmışdı.

0
0