“Neftçi”yə gəlməyən futbolçu Bundesliqada oynayacaq
06.01.2009 - 18:23
“Neftçi”yə keçməyə razı olmayan Belarusun BATE klubunun hücumçusu Vitali Rodionov karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu ikinci Bundesliqada mübarizə aparan “Frayburq”un İspaniyadakı təlim-məşq toplanışına yollanmağa hazırlaşır. BATE ilə “Frayburq” Rodionovun sonradan transfer hüquqlarına sahib çıxmaq şərti ilə yarım illik icarəyə götürülməsi ilə bağlı məsələni həll etmək üzrədir. Bundesliqaya qayıtmaq iddiasında olan komanda 3-cü yerin sahibi kimi buna iddialıdır.
Qeyd edək ki, Rodionov Anatoli Demyanenkonun dövründə “Neftçi”nin maraq dairəsində olub. Həmin vaxt İntertoto kubokunda çıxış edən və hücumçu axtarışında flaqmanın ukraynalı çalışdırıcısı belaruslunu hədəfə alıb. Həmin vaxt Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağını “yuxuda belə görməyən” BATE Vitalini 300 min avroya satmağa hazır imiş. Hücumçunun da təxminən bu qədər istəməsi ilə transfer 600-700 min avroya başa gələcəkdi. Ancaq Rodionov Azərbaycanda oynamaqdan imtina etdiyindən, transfer baş tutmayıb.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0