Ramiz Məmmədov: Bütün mövqelərdə futbolçuya ehtiyacımız var
06.01.2009 - 18:53
Ramiz Məmmədov: Bütün mövqelərdə futbolçuya ehtiyacımız var
“Rusiyada səfərimdə əsas məqsəd komandamıza yeni futbolçuların cəlb olunması ilə bağlı idi. Moskva və Sankt-Peterburqda menecerlərlə görüşlərim oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

İkinci dövrənin hazırlığına Bakıda başlayan 41 yaşlı mütəxəssisin sərəncamında çoxlu əcnəbi futbolçu var. Məmmədov həftəsonuna kimi onların taleyinə aydınlıq gətirəcək: “Polşa, Ukrayna, Estoniya, Moldova, Serbiyadan futbolçuları baxışdan keçiririk. Hələlik ad açıqlamaq istəmirəm. Legionerlərin ayın 10-dək vaxtı var. Həmin vaxtda artıq kimin qalacağı, kimin isə gedəcəyi məlum olacaq. Əsas məqsədimiz problemli olan mövqeləri gücləndirmək, yaranan boşluqları aradan qaldırmaqdır. Qapıdan tutmuş hücuma qədər hər mövqedə yeni futbolçuya ehtiyacımız var. 2-3 qapıçı gəlir və onlar arasında seçim edəcəyik”.
0