“Qəbələ” sentyabrda karyerasını bitirən futbolçunu transfer edir
06.01.2009 - 19:49
“Qəbələ” sentyabrda karyerasını bitirən futbolçunu transfer edir
“Qəbələ” dövrlərarası fasiləsində ilk transferlərini reallaşdırır. Komandanın baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi Mikayıl Namazovla 32 yaşlı yarımmüdafiəçi Yaşar Abuzərovun keçidi demək olar həll olunub. O, legionerlərdən fərqli, yerli futbolçulardan kimləri transfer edəcəyini müəyyənləşdirib: “Yerlilərdən Mikayıl Namazovla yarımmüdafiəçi Yaşar Abuzərovu heyətimizə cəlb etmişik. Onların transfer məsələsi 90 faiz həll olunub. Həm Mikayıl, həm də Yaşarla müqavilə imzalayacağıq”.

Vaxtilə olimpiya yığmamızın kapitanı olan 26 yaşlı Mikayıl cari mövsümə MOİK-də başlasa da, çox keçməmiş - sentyabrda karyerasını bitirdiyini bəyan etmişdi. Bunu səhhətində yaranan ciddi problemlə əlaqələndirən Namazov vaxtilə ən perspektivli futbolçulardan sayılırdı. Abuzərovla isə “Olimpik” ilk dövrə bitdikdən sonra yollarını ayırıb.

Qeyd edək ki, “Qəbələ” qış fasiləsində 9 futbolçunu transferə çıxarıb.
0