“Neftçi”nin baş məşqçisi uğursuzların siyahısında
07.01.2009 - 12:05
Ukraynanın “Naş vek” qəzeti 2008-ci ildə ölkə futbolunun ən uğursuz hadisələrinin reytinqini dərc edib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko bu cədvəldə 8-ci yeri tutub. 2008-ci il onun üçün uğursuz qiymətləndirib.
“Dinamo”nun keçmiş çalışdırıcısının (bu komanda ilə Ukraynada heç də az titul qazanmayan məşqçinin) fəaliyyət qrafiki tezliklə aşağı endi. Demyanenko əvvəlcə Azərbaycana getdi, lakin tezliklə “Neftçi”dən qovuldu. Hətta acı dillər onun alkoqol qəbul etdiyi üçün istefaya göndərildiyini pıçıldayırdı. Hərçənd, buna inanmaq çox çətindir”.
Qeyd edək ki, Demyanenko 2008-ci ilin yanvarında “Neftçi” ilə 3,5 illik müqavilə bağlamışdı. Ancaq ötən ilin avqustunda, Premyer Liqanın III turunda “Qəbələ” üzərində 1:0 hesablı qələbədən sonra 50 yaşlı məşqçi istefaya göndərilib.

- DÇ-də istilər də rəqib olacaq – Norveç millisi ilk siqnalı verdi
- İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
- Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”
- “Arsenal”ın forvardı “Everton”un radarında – Yayda ayrılıq ola bilər
0
0