Zeynal Məmmədov: “Neftçi”ni qınamıram, onlarla ortaq məxrəcə gələrik
07.01.2009 - 15:17
Zeynal Məmmədov: “Neftçi”ni qınamıram, onlarla ortaq məxrəcə gələrik
“Adamiya iki-üç günə Tiflisdən Bakıya danışıqlara gələcək. Onunla yarım illik müqavilə bağlayacağıq. Anlaşmanın bu müddətə olmasını Adamiya özü belə istəyir”.

Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib. Onun sözlərinə görə, “Neftçi”nin transferə çıxardığı 28 yaşlı gürcü futbolçunun keçidi realdır: “Düzdür, onun müqaviləsi var və mən “Neftçi”ni qınamıram. Əgər Adamiyaya müqaviləyə görə müəyyən məbləğ ödəyiblərsə, onu transferə çıxardıqdan sonra pulu geri istəmələrinə haqları çatır. Ancaq futbolçuların xasiyyəti belədir ki, pulu geri qaytarmaq lazım olanda bunu etmək istəmirlər. İndi belə çıxır ki, Georgiyə görə tələb olunan pulu biz verməliyik. Yəqin ki, transfer məbləği böyük olmaz və “Neftçi” ilə ortaq məxrəcə gələrik. Hər halda, böyük xərcə düşmək planlarımıza daxil deyil”.

“Bakı” 4 ildir ölkəmizdə çıxış edən Adamiyanın çıxış edəcəyi mövqeni də müəyyənləşdirib. Vitse-prezident Georgini yarımmüdafiənin sol cinahında oynatmaq fikrində olduqlarını söyləyib: “Bizə bu mövqeyə oyunçu lazımdır. Adamiya da yarımmüdafiənin sol cinahında hücumameylli futbolçu kimi öz sözünü deyə bilər. Onun da gəlişindən sonra hücum xəttimiz daha da güclənməlidir. Adamiyanın iki həmyerlisi – oyun qurucusu Amiran Muciri və hücumçu Georgi Demetradze komandamızda çıxış edir. Adamiyanın da gəlişindən sonra bu gürcü “üçlüy”ünə böyük ümidlərimiz var”.
0