Artim Şakiri: Ya çempionluq, ya da kubok
09.01.2009 - 15:39
Artim Şakiri: Ya çempionluq, ya da kubok
“Qeyri-adi nəsə baş verməsə, Avropada “Qarabağ”ın sədası eşidiləcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdam “Qarabağ”ının futbolçusu Artim Şakiri deyib.

Bir vaxtlar Makedoniya milli komandasının şərəfini qorumuş yarımmüdafiəçi klubun rəsmi İnternet saytına açıqlamasında Premyer Liqa və ya ölkə kuboku uğrunda yarışın qalibi olacaqlarını bildirib: “Futbolçularımızın hazırda əla formada olması yaxşı haldır. Çempionatın əvvəlində çoxumuz bir-birimizi ilk dəfə görürdük. Amma artıq uyğunlaşma dövrü arxada qalıb. İkinci dövrədə daha yaxşı çıxış edəcəyik. Belə davam etsək, titul qazanmaq çətin olmayacaq. Bütün rəqiblərə hörmətimiz var. Amma biz heç kimdən zəif deyilik”.

Qeyd edək ki, 2008-ci ilin iyulunda “Qarabağ”a keçən Şakiri Azərbaycan Premyer Liqasında 11 (3 qol), ölkə kubokunda isə 1 oyun keçirib.
0