“Neftçi”nin hücumçusu “Beşiktaş”dakı günlərini unuda bilmir
09.01.2009 - 16:02
“Neftçi”nin hücumçusu “Beşiktaş”dakı günlərini unuda bilmir
“Azərbaycan futbolu gündən günə sürətlə irəliləyir və infrastruktur baxımından da vəziyyət yaxşılaşır. Karyeramı davam etdirdiyim bu ölkədə futbol oynadığım üçün xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun türkiyəli futbolçusu Əli Cansun deyib.

Türkiyə mətbuatına müsahibə verən hücumçu İstanbul xatirələrindən danışıb: “Beşiktaş” klubunda keçirdiyim günləri unuda bilmərəm. Hazırda Azərbaycanın məşhur “Neftçi” komandasında oynayıram. Bu kluba transferimdən əvvəl bəzi problemlərim var idi. Sonradan hər şey qaydasına düşdü. Dillə bağlı heç nədən şikayətlənə bilmərəm. Maddi məsələlərdə də hər şey yaxşıdır”.

Qeyd edək ki, Cansun ötən ilin avqustundan “Neftçi”də çıxış edir.
0