Türkiyəli futbolçu: “Neftçi”dən təklif alanda çaşıb qaldım
09.01.2009 - 16:58
Türkiyəli futbolçu: “Neftçi”dən təklif alanda çaşıb qaldım
“Neftçi”yə transferimiz bizə macəra kimi görünsə də, əslində, Azərbaycanda türk futbolunu təmsil edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” komandasının türkiyəli futbolçusu Suat Usta deyib.

Flaqmanın heyətində Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında olan 30 yaşlı müdafiəçi mətbuatın da diqqət mərkəzinə düşüb. Özü də türkiyəli jurnalistlər bir vaxtlar “Qalatasaray”da oynamış Suata əsasən, “Neftçi” ilə bağlı sual veriblər: “Orada oynamaq üçün ilk təklif alanda çaşıb qalmışdıq. Amma “Neftçi” çox sevilən komandadır. Azərbaycanda futbol oynamaqdan böyük zövq alıram”.
0