Milli komandamız Çilini udub, Latviyaya rəqib oldu
09.01.2009 - 17:15
Milli komandamız Çilini udub, Latviyaya rəqib oldu
Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası (U-19) Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri qrup mərhələsinin son oyununda Çili yığmasını minimal hesabla məğlub ediblər.

Rusiya ilə ötən turun matçında olduğu kimi, yenə yığmamız matçı azlıqda başa vurub. Bu dəfə hakim 85-ci dəqiqədə futbolçumuza qırmızı vərəqə verib. Hələ ikinci turdan sonra qrup sonunculuğu rəsmiləşən U-19 axırıncı oyununa yanvarın 11-də çıxacaq. Həmin gün saat 13:30-da milli komandamız B qrupunun autsayderi Latviya ilə 7-ci yer uğrunda mübarizə aparacaq.



 

komanda

O

Q

H

M

T

X

1.

Rusiya

2

1

1

0

4-2

4

2.

Çili

3

1

1

1

3-3

4

3.

Belarus

2

1

0

1

1-1

3

4.

Azərbaycan

3

1

0

2

1-3

3

0